“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinə komanda birinciliyi yarışları ilə yekun vurulub.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hakimlərin qərarına əsasən yarışda qazandığı uğura görə 11 komanda arasında Azərbaycanın kişilərdən ibarət komanda heyəti 111 xalla 3-cü yerə layiq görülüb. Özbəkistan və Qazaxıstan komandaları isə müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıb.
“Hərbi-tibbi estafet” müsabiqəsinin təntənəli bağlanış mərasimində Azərbaycan Ordusunun kişilərdən ibarət hərbi həkimlər komandası kubok və medalla təltif olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib