Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə Böyük Qafqazın ən yüksək dağ zirvələrindən olan Şahdağ zirvəsinə yürüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəniz səviyyəsindən 4242 metr yüksəklikdə yerləşən zirvəyə yürüş Dövlət Sərhəd Xidmətinin dəstəyi və “Everest” idman klubunun təşəbbüsü ilə reallaşıb.
Alpinistlərdən və sərhədçilərdən ibarət 15 nəfərlik qrupunun Şahdağa yürüşü avqustun 10-da başlayıb və iki gün davam edib. Ayın 11-də zirvəyə çatan qrup üzvləri orada Azərbaycan bayrağını dalğalandırıb və Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə posterlər açıblar.
Yürüşdə iştirak edən sərhədçilərə fəxri fərman təqdim olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib