“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi gəmilərin heyətləri arasında mini-futbol yarışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
İlk görüşdə İran komandası ilə qarşılaşan Rusiya hərbi dənizçiləri qalib gəliblər. Azərbaycan və Qazaxıstan komandalarının oyunu isə dənizçilərimizin qələbəsi ilə başa çatıb. Finalda Azərbaycan komandası Rusiya dənizçilərinə, üçüncü yer uğrunda görüşdə isə İran hərbçiləri Qazaxıstan komandasına qalib gəlib. Beləliklə, futbol üzrə dostluq turnirinin yekununda Azərbaycan birinci, Rusiya ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib