Azərbaycan Ordusunun təlim hissə və bölmələrində andiçmə mərasimi keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, avqustun 11-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.
Hərbi hissələrin komandanlığı ilə keçirilən görüşlərdə valideynləri maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılıb, həmçinin qonaqlar və şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər təşkil olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib