“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazları ikinci mərhələni uğurla başa vurublar.
"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, müsabiqənin növbəti mərhələsində hərbi aşpazlarımız sərbəst resept üzrə yeməklərin hazırlanmasında bacarıqlarını nümayiş etdiriblər.
Hakimlərin qərarına əsasən 281 balla Azərbaycan birinci, 269 balla Qazaxıstan ikinci və 244 balla Monqolustan üçüncü yerdə qərarlaşıb.
“Səhra mətbəxi” müsabiqəsinin növbəti mərhələsində hərbi aşpazlar un məmulatlarının hazırlanması və əvvəlcədən təyin edilən menyuya uyğun təamların bişirilməsi üzrə yarışacaqlar.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO