2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq idarəetmə orqanları və qərargahların döyüş uyarlılığının təşkili, eləcə də heyətlərin əməliyyat və döyüş quruluşunun müxtəlif elementlərinin döyüş tətbiqi üzrə dəqiqləşdirilməsi və yoxlanılması məqsədilə Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlər trenajorlar və döyüş texnikasından geniş istifadə edilməklə xəritələr üzərində və ərazidə, eləcə də qabaqcıl informasiya texnologiyalarının tətbiqi ilə simulyasiya mərkəzlərində təşkil olunur və keçirilir.
Təlimlərin gedişində dayanıqlı idarəetmə, əməliyyatların hərtərəfli təminatı, həmçinin iştirak edən bütün idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili məsələlərinə xüsusi diqqət yetirilir.
Qoşunların hədlərə, cəmləşmə rayonlarına çıxışı, onların tutulması, yenidən qruplaşması, dəmiryolu nəqliyyatına döyüş və digər texnikanın yüklənməsi kimi fəaliyyətlərinin nəzəri cəhətdən dəyərləndirilməsi və digər məsələlər xüsusi təyin edilmiş bölmələr tərəfindən praktiki yoxlanılır.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib