Avqustun 7-də Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları açıq havada sərgi təşkil ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan və dünya ədəbiyyatı nəşrləri nümayiş olunub. Müxtəlif yaş qrupundan olan oxucular sərgiyə baxış keçiriblər.
Kitabxananın böyük metodisti İradə Hüseynova uşaqlara sərgidəki kitablardan hekayələr oxuyub, sərginin mütaliənin təbliği məqsədilə təşkil edildiyini söyləyib.
Sonra ərazidə yaşayan sakinlərə kitablar hədiyyə olunub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub