Məşhur türk müğənni Ebru Polat sosial şəbəkədə ona gəmi hədiyyə etmək istəyən bir şəxsi ona yazdığı mesaja görə ifşa edib.
Teleqraf.com xəbər verir ki, müğənni İnstaqram hesabında gəmi sükanı arxasında olarkən çəkilən fotosunu paylaşıb.
Adını açıqlamaq istəmədiyi şəxs ona gəmi hədiyyə etmək istədiyini bildirib: “Mənim yaxtamı da istifadə edə bilərsən, hətta sizə gəmi də hədiyyə edə bilərəm”.
Ebru bu mesajı ifşa edib və bunları yazıb: “Bunu özəlliklə paylaşıram, bir də belə mesaj yazılsa, adla birlikdə paylaşacağam. Heç nə bilmirlər, heç olmasa öz hədlərini bilsinlər”.
Əlavə edək ki, Ebru Polat ötən il adını açıqlamaq istəmədiyi bir azərbaycanlı milyarderlə sevgili olduğunu iddia etmişdi.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub