06 avqust 2019 12:26
910

Endi Serkins “Venom” filminin davamını çəkəcək

“Kinq Konq” (2005), “Meymunlar planetinin üsyanı” (2011) ekran əsərlərinin müəllifi kimi tanınan britaniyalı rejissor Endi Serkins Tom Hardinin baş rolda iştirakı ilə “Venom” adlı fantastik filminin davamını çəkəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın “The Hollywood Reporter” jurnalı yazıb.

Məlumatda bildirilib ki, rejissor iyul ayının sonunda “Sony” şirkətinin rəhbərliyi ilə görüşmək üçün Los-Ancelesə gəlib. Namizədlər sırasında daha çox britaniyalı aktyora üstünlük verilib.