“Rusiyadan alınan “SU-30SM” çoxfunksiyalı döyüş təyyarələrinin Ermənistana təslim edilməsinə bu ilin sonundan başlayacaq”.
"İki sahil" Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artur Davtyan açıqlama verib.
Davtyan 2020-ci ilin əvvəlinədək 4 ədəd qırıcının Ermənistana təhvil veriləcəyini bildirib.
O, İrəvanın ümumilikdə 12 ədəd “SU-30SM” almağı planlaşdırdığını deyib.
Ermənistan və Rusiya sözügedən döyüş təyyarələri ilə bağlı razılaşmanı bu il əldə edib. Rusiya tərəfi Ermənistandan əvvəl bu qırıcıları Azərbaycana təklif etsə də, rəsmi Bakı bundan imtina edib. Buna səbəb kimi “SU-30SM”lərin mövcud coğrafi şərtlərə uyğun gəlmədiyi göstərilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib