Təxminən 2 il öncə övladlığa götürüb saxladığı doğma qardaşı qızını ərə verən Mənzurə Musayeva Manaf Ağayevin toya saldığı məbləği açıqlayıb.
"İki sahil" Milli.Az-a istinadən xəbər verir ki, bu açıqlamanı xanım ifaçı "Hər şey daxil"in reklam arasında aparıcı Tarix Əliyevin (Tolik) suallarını cavablandırarkən verib.
Mənzurə "qızının" toyuna Manafın 500 manat pul yazdırdığını bildirib:
"Manaf toya 500 saldı. Az saldı da! Mən Manafın 6 toyuna getmişəm - Ev gördüsünə, xınayaxdı, uşaqlarının toyuna, hər bir şeyinə getmişəm. Hərəsinə də 300, 200... Onu hesablayanda gəlir 1500-ə çıxır".
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub