02 avqust 2019 13:19
1035

Elizabet Teylorun avtomobili hərraca çıxarılıb

Elizabet Teylorun avtomobili Nyu-Yorkda hərraca çıxarılıb. AZƏRTAC xəbər verir ki, hərrac avqustun 6-da keçiriləcək.

Aktrisanın “Rolls-Royce” markalı avtomobilinin ilkin hərrac qiyməti 2 milyon dollardır.

Bozumtul yaşıl rəngli avtomobilin dam hissəsi açılıb-bağlanır. Cihaz lövhəsi Karpat qarağacından hazırlanıb. Avtomobilin qapılarında Teylorun və əri Eddi Fişerin inisialları var.

Sifarişlə hazırlanan bu avtomobil Teylor-Fişer cütlüyünə 1960-cı ildə çatdırılıb.