Kərim Vəliyev bölmələrin qış mövsümünə hazırlığını yoxlayıb
Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi heyət və hərbi birliyin komandanlığı cəbhəboyu zonada hündür dağlıq ərazi və sərt iqlim şəraitində yerləşən bölmələrdə olub.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı bölmələrin qışa hazırlıq işlərinin keyfiyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatı yoxlanılıb.
Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan nazir müavini qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi ilə əlaqədar müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı Müdafiə nazirinin tələblərini vəzifəli şəxslərə çatdırıb və konkret tapşırıqlar verib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib