Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və ön xətt bölmələrində komandir-rəis heyəti ilə ideoloji iş və mənəvi-psixoloji təminatın, eləcə də hərbi intizamın möhkəmləndirilməsi sahəsində işin səmərəliliyinin artırılması məqsədilə təlim-metodiki məşğələlər keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, keçirilən məşğələlərdə və aparılan müzakirələrdə komandir-rəis heyətinə ideoloji iş və mənəvi-psixoloji təminat sahəsində rəhbər sənədlərin hazırlanması, həmçinin onların icrası ilə bağlı nəzəri və praktik köməklik göstərilib.
Cinayət və digər hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin effektivliyinin artırılması üçün müvafiq tövsiyələr verilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib