“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız onların istifadəsinə verilən döyüş maşınlarına baxış keçiriblər.
"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıblar. Komandalar tankın ştat silahından yoxlama atışları da icra ediblər.
Püşkatmanın nəticələrinə əsasən 23 komandanın iştirakı ilə keçiriləcək “Tank biatlonu” müsabiqəsində Azərbaycan tankçıları avqustun 3-də yarışlara başlayacaqlar.
Final estafeti avqustun 17-də keçiriləcək.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub