Azərbaycanın hərbi aşpazları “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində avqustun 3-dən 15-dək Alabino poliqonunda keçiriləcək “Səhra mətbəxi” müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər.
"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, dörd mərhələdən ibarət olan müsabiqənin püşkatmasının nəticələrinə əsasən hərbi aşpazlarımız 1-ci alt qrupda Qazaxıstan və Monqolustan komandaları ilə yarışacaqlar.
Hazırda hərbi aşpazlarımız “Səhra mətbəxi” müsabiqəsinə hazırlıqlarını davam edirlər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub