01 avqust 2019 16:06
894

Müzikllər rejissoru Harold Prins vəfat edib

Brodvey Teatrının rejissor və prodüseri Harold Prins 91 yaşında vəfat edib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Assoşieyted Press” agentliyi yayıb.

Agentliyin publisisti Rik Miramontesin məlumatına görə, rejissor qısa sürən xəstəlikdən sonra İslandiyanın Reykyavik şəhərində dünyasını dəyişib.

Harold Prins “Opera kabusu”, “Kabare”, “Vest Sayd əhvalatı” və “Suini Todd” kimi müzikllərə quruluş verib. O, 21 dəfə “Toni” mükafatının laureatı olub.