Hollivud aktyoru Brüs Linin qızı, aktrisa Şenon Li rejissor Kventin Tarantinonun “Bir dəfə Hollivudda” adlı yeni filmində onun atasını necə təsvir etməsindən narazı qalıb. AZƏRTAC“Qazeta.Ru”ya istinadla xəbər verir ki, bu barədə “The Independent” nəşri yazıb.
O, Brüs Li rolunu oynayan aktyor Mayk Monun istedadını qeyd edib. Lakin rejissorun Brüs Lini karikatura personajına çevirmək qərarı onun xoşuna gəlməyib.
Şenon Linin sözlərinə görə, insanlar filmdə onun atasını lağa qoyduqları üçün üzünü narahat edib.
Daha əvvəl xəbər verdiyimiz kimi, “Bir dəfə Hollivudda” filmi Tarantinonun ən uğurlu ekran əsəri olub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub