Bu ilin oktyabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Xayma əmirliyində Ümumdünya səyahət və turizm Şurasının təşkilatçılığı ilə “Yaxın Şərq və Şimali Afrika liderlərinin forumu - 2019” keçiriləcək.
AZƏRTAC Ras-əl-Xayma əmirliyinin Turizmin inkişafı İdarəsinin məlumatına istinadla xəbər verir ki, ilk dəfə regionda təşkil olunacaq forumda turizm sahəsinin 200-ə yaxın lideri bir araya gələcək.
Forum çərçivəsində turizm və səyahət industriyasının aparıcı liderləri regionun bu sahəyə aid aktual məsələləri və turizmin inkişafının gələcəyini müzakirə edəcəklər. Əsas və panel iclaslarda turizm sahəsinin əsas problemləri və sərmayə imkanları, yeni iş yerlərinin yaradılması və ixtisas səviyyəsinin qaldırılması, iqlim, ekologiya və digər məsələlər barədə diskussiyaların aparılması nəzərdə tutulur.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub