Azərbaycan Ordusunun hərbi hissələrindən birində ali hərbi məktəbi yeni bitirmiş gənc zabitlərin xidmətə qəbulu ilə bağlı təntənəli mərasim keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir hərbi hissənin sıra meydanında təntənəli düzülüşlə başlayıb, dövlət bayrağı meydana gətirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Himni ifa olunub.
Gənc zabitlərə hərbi hissənin tarixindən, keçdiyi döyüş yolundan, hazırda burada yaradılan xidməti və sosial-məişət şəraitindən danışılıb.
Leytenantlar əsgər yataqxanaları, anbarlar, avtopark və döyüş texnikası üçün saxlanclar, bölmələrin istifadəsində olan döyüş texnikaları və silahlarla tanış olublar.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO