“Jara” Beynəlxalq Musiqi Festivalının ikinci günündə Qriqori Leps, Stas Mixayılov və Lyubenin yaradıcılıq gecələri keçiriləcək.
APA-nın məlumatına görə, əvvəlcə iştirakçıların qırmızı xalı üzərindən keçidi olacaq.
Sonra Jasmin, Emin, Diana Arbenina, Filip Kirkorov, Cosmos Girls, Brandon Stone, Denis Klyaver, İqor Nikolaev, “Novıe samosvetı”, Lyubov Uspenskaya, Aleksandr Panayotov, Leonid Aqutin, Valeriya, “Fabrika”, “Ruki Vverx”, “Otpetıe moşenniki”, Viktoriya Dayneko çıxış edəcəklər.
Xarici müğənnilərlə yanaşı Aygün Kazımova, Brilliant Dadaşova, İlqar Xəyal, Nigar Camal da öz ifaları ilə tamaşaçıları sevindirəcəklər.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub