Xalq artisti Aygün Kazımova ötən həftə onu tənqid atəşinə tutan həmkarı Brilliant Dadaşovaya söz atıb.
"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, o, toy məclislərinin birindən videosunu paylaşıb. Şərh bölməsinə isə "Siz olan yer toydur, biz olan yer səhnədir" deyə, yazıb.
Qeyd edək ki, sənətçilər arasında qalmaqalın yenidən alovlanmasına səbəb B.Dadaşovanın paylaşımında yazdığı bu sözləri olmuşdu: "Yaxşı ki, Mirzə Babayev bu günlərdə estradanın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanların, səsi olmayanların, üç notdan ibarət mahnı ifaçılarının pulnan satın alınan bəzi maqazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən "əsas müğənni" adlandırıldığını da görmədi".
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub