25 iyul 2019 12:29
4696

Məşhur türkiyəli musiqiçi dəhşətli hadisədə öldü – FOTO

Türkiyənin məşhur gitaristi Gökhan Yılmaz dəhşətli avtomobil qəzasında vəfat edib.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, musiqiçinin avtomobili dünən Çanakkalenin Ayvacık rayonunda 40 metrlik uçurumdan yuvarlanıb. Nəticədə o hadisə yerindəcə həyatını itirib.

Qeyd edək ki, məşhur sənətçi sosial şəbəkədə yazdığı son statusu ilə ürəkləri dağlayıb. O, “Elə bir haqsızlıq yoxdur ki, cəzasız qalsın. Sən Allaha həvalə et, qoy intiqamı o alsın” , - deyə qeyd edib.