Londonda ingilis ədəbiyyatı dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan Bukerov mükafatına namizədlərin uzun siyahısı açıqlanıb. AZƏRTAC xəbər verir ki, siyahı Bukerov mükafatının saytında açıqlanıb.
Məlumata görə, siyahıya 13 ədəbi əsər salınıb. Salman Rüşdinin “Kixot” romanı, Marqaret Etvudun “Vəsiyyətlər” və Canet Uintersonun “Frankenşteyn” əsərləri mükafata namizəd irəli sürülən kitablar sırasındadır.
2018-ci ildə Bukerov mükafatının laureatı “Südçü” romanına görə ingilis yazıçısı Anna Berns olub. Əslən Şimali İrlandiyadan olan Bernsin mükafatı 50 min funt sterlinq təşkil edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub