46 yaşlı model, aparıcı və prodüser Haydi Klum 29 yaşlı sevgilisi Tom Kaulitç ilə evlənib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük münasibətlərini bir neçə ay əvvəl rəsmiləşdirsə də, onlar bunu mətbuatdan gizli saxlayıb. Mənbələrin verdiyi məlumata görə, cütlük fevralda rəsmi ər-arvad olub.
Məlum olub ki, “Tokio Hotel” rok qrupunun gitaristi ilə model nikahdan sonra romantik şam yeməyinə çıxıb, ancaq heç kim bilməyib ki, onlar toylarını qeyd ediblər.
Bu, Haydi Klumun 3-cü nikahıdır. Bundan əvvəl o, Rik Pipino və Sillə evli olub. Onun bu nikahlarından 4 övladı var.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub