Türk kinosunun əfsanəvi aktyoru Kamal Sunalın ölümündən 19 il ötür.
“Ölkə.Az” xəbər verir ki, aktyorun həyat yoldaşı Gül Sunal paylaşımı ilə izləyicilərini duyğulandırıb.
O, Kamal Sunalın fotosunu paylaşaraq “Dərdim hələ təzədir” yazıb. Ezo Sunal və Əli Sunalda başda olmaqla bir çox izləyicisi fotoya rəy yazıb.
Gül Kamal Sunalın dəfn mərasimində yaxalara taxılan fotonu paylaşıb və yazıb: “Bu fotonu 19 il əvvəl yaxama iynə ilə vurdular. O vaxtdan foto pul qabımdadır. Bir az köhnəldi, rəngi soldu, amma dərdim hələ təzə, yenidir”.
Əli Sunal isə bu fotonu səhifəsində paylaşaraq “Səni sevirəm, atam” yazıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub