İyunun 25-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına əsasən ali hərbi rütbələrlə təltif olunan Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Müdafiə nazirinin müvafiq əmri təntənəli şəkildə oxunub. Sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib.
Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub