Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliklərdən birinin təlimi keçirilib.
Nazirlikdən verilən məlumata görə, təlim qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilib.
Təlimlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetiriblər. Motoatıcı, artilleriya, zirehli tank bölmələri, eləcə də hava hücumundan müdafiə vasitələri döyüş atışları icra ediblər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub