Azərbaycan Respublikasının Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən, birlik və birləşmələrin artilleriya rəisləri, həmçinin artilleriya hərbi hissələrinin komandirləri və onların müavinləri ilə komandir toplanışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə raket və artilleriya bölmələri ilə döyüş vəziyyətinə uyğun şəraitdə təlim və məşğələlər keçirilib, döyüş hazırlığının yekunları və hərbi intizamın vəziyyəti təhlil edilib, növbəti tədris mövsümü ilə əlaqədar tapşırıqlar verilib.
Toplanışın yekununda zabit heyətinin nəzəri biliklərinin yoxlanılması məqsədilə məqbullar qəbul edilib və praktiki atışlar icra olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub