Rusiyanın tanınmış müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçova noyabrın 2-də Minsk şəhərində konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, 10 illik fasilədən sonra primadonnanın konserti 70 illik yubileyinə həsr olunacaq.
Onun “ Milyon -milyon qızılgüllər”, “Arlekino”, “Siz, yuxarıdakılar!” kimi mahnıları rus musiqisinin qızıl fonduna daxil edilib.
Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub