“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının asudə vaxtlarının səmərəli təşkili məqsədilə mədəni-kütləvi tədbirlər keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təşkil olunan Ramazan bayramı süfrəsində Türkiyəli hərbçilər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində hərbçilərimizlə birlikdə nahar ediblər. Tədbirdə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz da iştirak edib.
Mədəni tədbirlərin davamı kimi hər iki ölkənin hərbi qulluqçuları arasında “Qardaşlıq qazansın” devizi altında mini futbol yarışı keçirilib. Hər iki komanda yüksək fiziki hazırlıq və futbol ustalığı nümayiş etdirib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub