Müğənni Mətanət Əsədova ATV-də yayımlanan "Ulduzlu yayım" proqramının qonağı olub.
"İki sahil" Axşam.az-a istinadən bildirir ki, sənətçi sənətdən getmək istədiyini açıqlayıb:
"Allah mənə səs, gözəl görünüş, yaxşı qəlb və ağıl verib. Fiziki cəhətdən qüsursuz insanam. Allah nə etməli idi, mükəmməl ər verməli idi? Yaxşı ər olsaydı, evimdə oturardım.
Sonuncu dəfə mikrofonu sizin yanınızda əlimə götürəcəkdim, daha sonra bu sahə ilə vidalaşacaqdım. Problemlərimi həll etmək üçün oxuyuram. Qəşəng geyinib, səhnəyə çıxmaqla insan xoşbəxt olmur. Bir damcı səsim tələbatımı həll edib. Oxumasam, acından ölərəm".
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub