Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı Latviyanın Riqa şəhərində keçirilən 12-ci “Turfilm Riqa 2019” festivalında mükafata layiq görülüb.
Dövlət Turizm Agentliyindən "İki sahil"ə verilən məlumata görə, videoçarx namizədliyi festivala təqdim edilmiş 173 film arasından beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən seçilərək “Turizm destinasiyası – ölkə” nominasiyası üzrə 2-ci yerlə təltif olunub.
Bildirilib ki, mükafat 2018-ci ildən fəaliyyət göstərən Riqadakı Azərbaycan Ticarət Evinin nümayəndəsinə təqdim olunub.
Tanıtım videoçarxı “Transform” jurnalı tərəfindən Dubayda hər il təşkil olunan mükafatlandırma mərasimində 6 nominasiya üzrə qalib seçilib. İspaniyanın Tortosa şəhərində keçirilən “Terres Festival 2019” festivalında isə “Turizm destinasiyası” nominasiyası üzrə 2-ci yerlə mükafatlandırılıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub