Mədəniyyət naziri Əbülfəs Qarayev Qobustan rayonu ərazisində yerləşən Diri Baba türbəsində olub.
Nazirlikdən bildirilib ki, burada nazirə türbənin hazırkı vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, türbə həm yerli sakinlərin, həm də turistlərin mütəmadi ziyarət etdiyi məkanlardan biridir. Diri Baba türbəsində ötən ilin fevral ayında naməlum şəxslər tərəfindən yanğın törədilib. Abidənin şəbəkə formasında olan pəncərələrinin bir hissəsi dağıdılıb, türbəyə ciddi ziyan vurulub.
Əbülfəs Qarayev Diri Baba türbəsinin tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. Türbənin abidə mühafizəçiləri tərəfindən daim nəzarət olunması və digər məsələlər barədə tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, hazırda abidənin bərpa olunması layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanır. Türbə bərpa olunduqdan sonra ərazidə ziyarətçilərin rahatlığını təmin etmək üçün infrastruktur yaradılacaq. Abidənin yerləşdiyi ərazi abadlaşdırılacaq.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub