Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərinə işlənilir.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mürəkkəb radioelektron şəraitdə kəşfiyyat və digər orqanlardan əldə olunan və yerlərdəki komandirlərdən daxil olan məlumatlar xəritələrdə əks olunur.
Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.
Eyni zamanda səhra şəraitində yaradılan əsas komanda məntəqəsinin atəşlə zərərvurmanın planlaşdırılması qrupu tərəfindən döyüşün gedişində atəşlə təlafat verilməsini effektiv təmin etmək məqsədilə düşmənin mühüm hərbi hədəfləri seçildikdən, aviasiya, zenit-raket və artilleriya qurğuları, həmçinin digər atəşlə zərərvurma vasitələri arasında bölüşdürüldükdən sonra müvafiq komandalar qoşunlara ötürülür.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub