2019-cu ilin döyüş hazırlığı planına əsasən Naxçıvan Qarnizonu qoşunlarında “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələri Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazinin mürəkkəb relyefini nəzərə alaraq Vətənimizin hava sərhədlərinin etibarlı müdafiəsini təmin etmək üçün mütəmadi olaraq peşəkarlıqlarını artırmaq məqsədilə təlim-məşqlərə cəlb edilirlər.
Yarışlarda iştirak edən şəxsi heyət bilik və bacarığını nümayiş etməklə verilən ən çətin tapşırıqları uğurla yerinə yetirib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub