Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə hərbi qulluqçular arasında atış birinciliyi keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 9 millimetrlik PM tapançasından keçirilən atış birinciliyində Naxçıvan Qarnizonu üzrə 72 hərbi qulluqçudan ibarət 24 komanda iştirak edib.
Qadın hərbi qulluqçuların da mübarizə apardığı birincilikdə komanda hesabında 1-ci və 2-ci yerə motoatıcılar, 3-cü yerə isə xüsusi təyinatlılar layiq görülüblər.
Fərdi hesabda 1-ci yerdə polkovnik Tehran Mənsimov, 2-ci yerdə mayor Fərid Süleymanov, 3-cü yerdə isə gizir Elsevər Quliyev qərarlaşıb.
Qadınlar arasında ən yaxşı nəticəni gizir Leyla Babayeva göstərib. Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Fəxri fərman və diplomlar təqdim edilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub