"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tarixi binanın sökülməsi ilə bağlı məsələyə münasibət bildirməsinə sevinirik"
Bunu Azvision.az -a açıqlamasında "Salam Cinema Baku"nun səlahiyyətli nümayəndəsi Leyli Qafarova deyib. O, tarixi binanın qorunmasına göstərdiyi diqqətə görə ölkənin birinci xanımına təşəkkür edib.
"Birinci vitse-prezident Mehriban Əliyevanın bununla bağlı açıqlaması bizim üçün sürpriz oldu. Problemimizə ölkə rəhbərliyi tərəfindən tez bir zamanda reaksiya verilməsinə çox sevindik. Bu məsələdə bizim yanımızda olan hər kəsə təşəkkür edirik. Ümid edirim ki, problem tezliklə həllini tapacaq".
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən qədim binanın sökülməsi ilə bağlı məsələyə münasibət bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub