07 may 2019 18:02
2335

VII Muğam Televiziya Müsabiqəsi davam edir

Dünya musiqi xəzinəsinin incisi sayılan Muğam sənətinin ənənələri bu gün də layiqincə davam etdirilir.

"İki sahil" AzTV-yə istinadən xəbər verir ki, milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayan 7-ci Muğam Televiziya Müsabiqəsinin növbəti axşamında birinci onluğa daxil olan iddiaçılar XIX əsr ədəbiyyatının görkəmli söz ustadı, maarifpərvər ziyalı Seyid Əzim Şirvaninin zəngin yaradıcılığına müraciət edəcəklər.

Şairin bir-birindən gözəl qəzəllərini muğamlarımızın ahəngi üzərində səsləndirəcəklər. Sənətsevərləri bir araya gətirən Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.