Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosel ilə çəkdiyi "Mələyin öpüşü" filminin ikinci hissəsini ərsəyə gətirəcək.
"İki sahil" Axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "X maqazin"ə açıqlamasında deyib. Rəsulova bildirib ki, çəkilişlər yayda başlayacaq:
"Bu mövsümün ilk dram filmini ərsəyə gətirəcəm. Yeni ilə qədər tamaşaçıların ixtiyarına veriləcək. "Mələyin öpüşü" adı qalacaq. Amma aktyorlar və ssenari tam fərqlidir.
Baş rolda özüməm. Məhəbbət üçbucağı olacaq. Bu dəfə Elşad Xose yoxdur. "OksiMed"in və filmin rəhbəri olaraq istəmirəm Elşad gəlsin. Burada da öpüşmə səhnələri var".
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub