ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi əməkdar artist Dilarə Əliyeva olub.
Milli.Az bildirir ki, əməkdar artist küsülü olduğu insanları unutduğundan danışıb:
"Küsmək? Küsmək nədir? Mən unuduram. Küsdüyün adamdan ən yaxşı qisas almaq yolu onu unutmaqdır. Təbii ki, unutduğum adamlar olub. Bəlkə də belə daha yaxşıdır! O an insan bunu bacarmır, amma zaman keçdikcə bacarır. Elə istəyirəm ki, onlar da məni unutsunlar. Heç vaxt içimdə aqressiyaya, kinə yer vermirəm. O insan inciyə bilər ki, yumor hissində, qavramasında problem var. Çalışmaq lazımdır ki, elə insanlara zarafat etməyəsən".
Qeyd edək ki, əməkdar artist Dilarə Əliyeva 31 mayda ARB TV-nin Heydər Əliyev adına sarayında baş tutacaq"Söhbət var" konsertinin aparıcısı olacaq.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub