Bu il "Eurovision" mahnı müsabiqəsində yeni qayda tətbiq edilib.
"İki sahil" "Qafqazinfo"ya istinadən xəbər verir ki, beynəlxalq layihədə iştirak edən müğənnilərin hamısı DNT analizi verib.
Bu barədə yarışmada Rusiyanı təmsil edən Sergey Lazarev məlumat verib. O bildirib ki, layihənin sponsorlarından birini təklifi ilə belə addım atılıb. Buna səbəb iştirakçıların hansı millətə məxsus olduğunu müəyyənləşdirməkdir.
"Bütün iştirakçılar analiz veriblər. Hətta onlar KİV-də analizin nəticələrinin yayılmasına dair razılığa gəliblər. Düşünürəm ki, bu, hamının bir olduğunu göstərmək üçün atılmış bir addımdır"- deyə Sergey bildirib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub