“Eurovision-2019” müsabiqəsində ölkəmizdən olan səsverməni elan edəcək şəxsin adı açıqlanıb
İctimai Televiziya və Radio Yayımları Şirkəti İsraildə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində ölkəmizdən olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müsabiqədə iştirakçılara ölkəmizdən veriləcək səsləri Xalq artisti Faiq Ağayev elan edəcək.
Faiq Ağayev yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək balları İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.
Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” (“Həqiqət”) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.
Şüarı “Arzulamağa cürət et” (“Dare to Dream”) olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə müğənni-bəstəkar Murad Arif olacaq.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub