30 aprel 2019 19:52
1028

Dənizə düşən itlərini xilas edən model həlak oldu

Məşhur model Kerolin Bittenkurt əri ilə birlikdə Braziliyanın San- Paolo şəhərində istirahətə çıxıb.

“Ölkə.Az” xəbər verir ki, yaxta ilə dənizə çıxan cütlük fırtına ilə rastlaşıb. Kerolin dənizə düşən iki itini xilas etmək üçün suya tullanıb. Amma özü də həlak olub.

Cütlük 4 ay əvvəl evlənib. Modelin əri arvadını xilas etmək üçün suya tullansa da, onu tapa bilməyib. 37 yaşlı modelin axtarışına bir çox insan qoşulub.

Amma dünən axşam saatlarında Kerolinin meyiti tapılıb.