“Mən Azərbaycanı çox sevirəm. Bu ölkə dünyaya Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu kimi istedadları, digər görkəmli insanları bəxş edib.
Ölkənizin paytaxtı Bakı haqqında danışmaqla qurtarmaz. Bu, MBD-nin ən gözəl və qonaqpərvər şəhərlərindən biridir”.
Rusiyalı müğənni Aleksandr Serov bu fikirləri Heydər Əliyev Mərkəzində solo konsertindən sonra jurnalistlərə müsahibəsində söyləyib.
Müğənni daha sonra deyib: “Mənim mahnılarımın əksəriyyəti sevgi haqqındadır, çünki mən təbiətən romantik adamam. Bu mahnıları ifa etməkdən böyük məmnunluq duyuram. Şadam ki, uzun illər boyu insanlar mənim yaradıcılığımı qiymətləndirirlər”.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub