"Taxt oyunları"nın səkkizinci mövsümünün premyerası ekran işinin indiyədək ən çox izlənilən bölümü olub.
"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, bu barədə dijital pirat analitik şirkəti - "Muso" bildirib ki, serial 24 saat içərisində 54 milyon dəfə izlənilib.
"Muso"nun məlumatına görə, ekran işinin ilk yeddi mövsümü bu ay ən çox izlənilən 25 proqram arasındadır. Buna səbəb isə indiyədək baxmayanların, səkkizinci mövsümün premyerasınadək serialın normal axışına çatmaq istəyidir.
Qanuni olaraq HBO kanalından serialı izləyənlərin sayı isə 17,4 milyon nəfərdir. Yeddinci mövsümü 16,9 milyon rəsmi izlənilmə sayı olan "Taxt oyunları" bu dəfə rekordunu təzələyib.
Qeyd edək ki, serial Hindistanda 9,5 milyon, Çində isə 5,2 milyon dəfə qeyri-qanuni izlənilib. Onu da bildirək ki, yeddinci mövsümün ilk seriyası 72 saatda 120 milyon dəfə izlənilmişdi.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub