Özbəkistanın Xalq şairi Camal Kamal Bəxtiyar Vahabzadənin Nəsimiyə həsr etdiyi “Fəryad” əsərini özbək dilinə tərcümə edib.
2019-cu il “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) qardaş ölkədə “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsinə start verib.
AZƏRTAC xəbər verir ki, layihə əsasında Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları, tərcümə əsərləri, habelə Nəsimi dəstixəttinə, yaradıcılıq yoluna uyğun şeirlərin müsabiqəyə təqdim olunması nəzərdə tutulub.
Camal Kamal da yeni tərcümə etdiyi “Fəryad” əsərini müsabiqəyə təqdim edib.
Qeyd edək ki, AMM-nin layihəsi ilə 2015-ci ildən dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si özbək dilinə tərcüməsi və nəşri layihəsi həyata keçirilir. Əsər Azərbaycan ədəbiyyatının yaxın dostu Camal Kamal tərəfindən tərcümə olunur. Əsərlərin əksəriyyəti çap edilib və qalanalı isə çapını gözləyir.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub