Dünyanın ən çox ziyarətçisi olan muzeylərin adları açıqlanıb. Birinci yeri Parisin Luvr muzeyi tutub. 2017-ci illə müqayisədə bu muzeyə gələnlərin sayı 2018-ci ildə 26% artıq olub. ekspertlər hesab edirlər ki, belə bir effekt məhşur müğənnilərin burada klip çəkilişləri aparması olub. Keçən il Luvr muzeyini 10 milyon insan ziyarət edib.
İkinci yeri Pekində yerləşən Çinin Milli muzeyi tutub. Bura gələnlərin sayı 8,6 milyon nəfər olub. Üçüncü yerdə isə Nyu York şəhərində Metropoliten muzeyi olub. 2018-ci ildə buranı ziyarət edənlərin sayı 7 milyon nəfər olub.
Bundan başqa, onluğa Vatikan, Londonda olan müasir Teyt qalereyası, Britaniya muzeyi, Londondakı Milli qalereya, Vaşinqton Milli incəsənət qalereyası, Peterburq Ermitajı və Londonda yerləşən Viktoriya və Albert muzeyləri daxil olub.
Könül Cavid, “İki sahil”
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub