Əməkdar artist Dilarə Əliyeva müğənni Damlanın çəkildiyi filmlə bağlı açıqlama verib.
Aktrisa "Səhər-səhər" verilişində bildirib ki, ifaçının rol aldığı ekran işi bəyənilməyib:
"Damlanın sevəni çoxdur. Kifayət qədər izləyicisi də var. Həmin sevənlərini nəzərə alıb, film çəkdirdi. Amma filmin baxışı olmadı.
O deməkdir ki, Damlanı sevmirlər? Əlbəttə sevirlər, amma tamaşaçı onu orada görmədi. Tamaşaçı gedib filmi izləmədisə, demək, orada nəsə düzgün deyil".
Qeyd edək ki, Damla "Taxta ayı" və "Vəziyyət ruscadı" filmlərində rol alıb.
Axşam.az
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub