Ukrayna Prezidentinin müvafiq sərəncamı ilə Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının dosenti, həmyerlimiz Katib Səfər oğlu Məmmədov “Ukraynanın Xalq artisti” fəxri adına layiq görülüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, azərbaycanlı heykəltaraş Katib Məmmədov Ukraynanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Fəxri incəsənət xadimi, Ukrayna Rəssamlar İttifaqının, "Ukrayna Azərbaycanlılar Konqresi"nin, Moskva Peşəkar Rəssamlar Yaradıcılıq Birliyinin üzvüdür.
Soydaşımızın əsərləri dünyanın müxtəlif ölkələrində muzeylərdə, qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub